Əmək funksiyalarının məsafədən yerinə yetirilməsi həm vətəndaşların şəxsi xərclərinə, həm də şəhərdə tıxacların azalmasına müsbət təsir göstərəcək.
QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, bu yanaşma müəssisələrdə işin optimallaşdırılmasına və xərclərin azalmasına şərait yaradacaq:
"Rəqəmsallaşmış iqtisadiyyat və idarəetmə distant iş imkanlarını təmin edir, gələcəkdə həm işçilərin, həm də müəssisələrin büdcəsinə fayda gətirəcək. Prezident İlham Əliyevin Fərmanı ilə Əmək Məcəlləsinə edilən dəyişiklik məsafədən iş şəraitinin əmək müqaviləsi ilə müəyyən edilməsini nəzərdə tutur".