Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununda da qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşa "Zaqlembe"sinə qalib gəlib - 3:1.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqlənib.
Xatırladaq ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistan "Neftçi"sini 5 cavabsız qolla üstələyib, Xorvatiya "Osiyek"ini isə 3:1 hesabı ilə məğlub edib.