EN

Tovuzda əri tərəfindən döyüldüyü iddia olunan qadının anası danışdı: "Bu ikinci dəfədir"

BAKI, 16 yanvar. TELEQRAF

Tovuz rayonunun Dönük Qırıqlı kəndində əri tərəfindən kəsici alətlə xəsarətə məruz qaldığı bildirilən 43 yaşlı Şəlalə Abdullayevanın anası Froza Hüseynova danışıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qadın bildirib ki, bu ilk hadisə deyil.

"Mənim qızım iki uşağına toy edib. Əri heç vaxt deyə bilməz ki, mən uşağıma nəsə almışam. Toyun axşamı bir də gördük gəlib ki, toyudan yığılan pulları mənə ver. Hər nə var edibsə qızım borc-xərc özü edib."

Qadın hadisə ilə bağlı da danışıb

"Yoldaşım tez gəldiki bıçaqla nəsə etmək istəyir. Tez işçilər polisə zəng ediblər onlarda gəlib aparıblar. Sonra qızım da gedib. Bilmirəm bıçaqla zərbə endirib ya yox. İstəyini biləmmirik. Gah deyir pul ver, gah deyir yemək ver. Bilə bilmirik"

Məlumat üçün qeyd edək ki, ailə hadisənin törətməyə cəhd etməkdə Elşən Bağırovu ittiham edir. Tərəflər məhkəmə qaydasında rəsmi şəkildə ayrılıb.

Ş. Bağırova Dönük Qırıqlı kəndinin uşaq baxcasının direktoru vəzifəsində çalışır

Chosen
136
teleqraf.com

1Sources