EN

İmamoğlu bu qadına 300 dəfə zəng edib -

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun istintaqı davam edir. Metbuat.az xəbər verir ki, Türkiyənin məşhur voleybolçusu Derya Çayırgan da istintaqa cəlb olunub. Türkiyə mediasının yazdığına görə, o, çirkli pulların yuyulmasında və digər şübhəli əməliyyatlarda ittiham olunur. İstintaq Derya Çayırganın Əkrəm İmamoğlu ilə əlaqələrini araşdırıb. Məlum olub ki, sevgili olduğu iddia edilən cütlük müxtəlif vaxtlarda telefonla 300 dəfə danışıb. İstintaq zamanı müəyyən edilib ki, voleybolçu xanım bələdiyyə sədri ilə şəxsi münasibətlərindən istifadə edərək İstanbulun Beylikdüzü rayonunda 4 milyon 165 min lirə qiyməti olan evi 1 milyon 100 min lirəyə alıb. Evi ucuz satmaq üçün Əkrəm İmoəamoğlunun tikinti şirkətinə təzyiq etdiyi iddia olunur.

İstintaq həmçinin Derya Çayırganın Əkrəm İmamoğlunun mühafizəçisi ilə də tez danışdığıni üzə çıxarıb. Aparılan araşdırma nəticəsində voleybolçunun bələdiyyə sədrinin mühafizəçisinə ayrı-ayrı vaxtlarda 500 dəfə zəng etdiyi aşkarlanıb. Tərəflər bu kontaktları reallaşdırmaq üçün müxtəlif telefonlardan istifadə ediblər.

Chosen
189
metbuat.az

1Sources