EN

Yardımlıda  “ Milli Qürur və Matəm günü ” mövzusunda tədbir keçirilib


 Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi və Yardımlı Peşə Məktəbinin kollektivi ilə birgə  20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş " Milli Qürur və Matəm Günü" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə muzey əməkdaşları və məktəbin kollektivi iştirak edib, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi  Anar Baloğlanlı  çıxış edərək  20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində tutduğu mühüm yerə toxunaraq faciənin tarixi-siyasi mahiyyətini diqqətə çatdırıb .  
     Sonda tədbir iştirakçıları muzeydə hazırlanmış sərgiyə baxış keçirdilər və xatirə fotoları çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
56
olaylar.az

1Sources