Suriya ordusu Fərat çayının qərb hissəsində hərbi əməliyyatlar keçirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Xəbərə görə, ordu qüvvələri Suriya Demokratik Qüvvələrinin (SDQ) yerləşdiyi Deyr-Hafir bölgəsini nəzarət altına alıblar.
Suriya dövlət telekanalı "Əl-İxbariyyə" də hökumət qüvvələrinin ilk qrupunun Fərat çayının qeyd edilən bölgəsinə girdiyini açıqlayıb.
"Cebheinfo.az"