EN

Qazaxıstan ordusunda ciddi kadr dəyişikliyi baş verdi

Ajans.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb. "Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib", - məlumatda bildirilib. K.Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.

Qeyd edək ki, K.Abubakirov 2024-cü ilin yanvarından yeni təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini olub.

Chosen
90
8
Ajans.az

10Sources