AZ

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edildi » AzadMedia.az


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.

Bu barədə Akorda məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib", - məlumatda bildirilib.

K.Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.

Qeyd edək ki, K.Abubakirov 2024-cü ilin yanvarından yeni təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini olub.
Seçilən
60
8
azadmedia.az

10Mənbələr