EN

Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, qəza rayonun Qazıqumlaq kəndinə gedən avtomobil yolunda qeydə alınıb. “Mercedes C Class” markalı minik avtomobili naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb və yol kənarındakı su kanalına düşüb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində həyatını itirib.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qəzada həyatını itirən Coşqun Məmmədov Ucar rayonu Bərgüşad kənd orta məktəbində müəllim işləyirmiş. (mənbə qafqazinfo)

Chosen
41
azedu.az

1Sources