Maraqlıdı, bəs, Azər Həşimovla bağlı məsələ nə yerdə qaldı? Gün ərzində bu məsələnin də həllini tapacağını düşünə bilərikmi?
“Football-plus.az”ın sualını Azər bəy cavabladı:
“Xeyr. Hələ klubdan mənimlə danışan olmayıb. Köməkçilərimlə yollar ayrılsa da, mənlə bağlı durum olduğu kimi qalır. Ölkəmizdə qayda-qanun var. Dövlətimizin ədalətinə inanıram. Hər şey yaxşı olacaq”.
Xatırladaq ki, Yevlax təmsilçisini hazırda matçlara yeni çalışdırıcısı Füzuli Məmmədov çıxarır. Lakin Azər Həşimovla müqaviləyə hələ xitam verilməyib.KƏNAN BAHADIR