Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün “Karvan-Yevlax”ın məşqçilər korpusunda ayrılıqlar yaşandı. Belə ki, klub sabiq baş məşqçi Azər Həşimovun köməkçisi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi.Maraqlıdı, bəs, Azər Həşimovla bağlı məsələ nə yerdə qaldı? Gün ərzində bu məsələnin də həllini tapacağını düşünə bilərikmi?“Football-plus.az”ın sualını Azər bəy cavabladı:
“Xeyr. Hələ klubdan mənimlə danışan olmayıb. Köməkçilərimlə yollar ayrılsa da, mənlə bağlı durum olduğu kimi qalır. Ölkəmizdə qayda-qanun var. Dövlətimizin ədalətinə inanıram. Hər şey yaxşı olacaq”.
Xatırladaq ki, Yevlax təmsilçisini hazırda matçlara yeni çalışdırıcısı Füzuli Məmmədov çıxarır. Lakin Azər Həşimovla müqaviləyə hələ xitam verilməyib.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.