EN

Dünya çempionu Gervonta Devis yarışlardan kənarlaşdırıldı -SƏBƏB

Dünya Boks Assosiasiyası (WBA) məğlubedilməz amerikalı, üç çəki dərəcəsində dünya çempionu Gervonta Devisi yarışlardan kənarlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "BoxingScene" məlumat yayıb.

Qərar Devisə qarşı Floridada açılan yeni cinayət işi ilə bağlıdır və o, xəsarət yetirmə, keçmiş sevgilisinin qaçırılmasına cəhd ittihamları ilə üzləşir. Bu ittihamlar artıq onun 2025-ci ilin noyabr ayında amerikalı idmançı Ceyk Pol ilə kommersiya döyüşünün ləğvinə səbəb olub.

WBA prezidenti Xilberto Mendoza boksçu ilə bağlı qərar təsdiqləyərək, onun dörd illik titul hakimiyyətinə faktiki olaraq son qoyub. Assosiasiyanın İcraiyyə Komitəsi tezliklə boş qalan titul uğrunda necə mübarizə aparacağına qərar verəcək. Ən yüksəkreytinqli iki boksçu - Floyd Şofild və Lukas Bahdi - ən çox ehtimal olunan rəqiblər hesab olunurlar.

Chosen
116
2
redaktor.az

3Sources