Maqnit fırtınalarının sayının artması 2028-ci ilə qədər davam edə bilər.
Ökə.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib.
"Bundan sonra bütün növ günəş aktivliyində sürətli azalma başlamalı və bu da 2029-2030-cu illər ətrafında minimuma gətirib çıxarmalıdır", - deyə qurumdan bildirilib.
Qeyd olunub ki, eyni səbəblərə görə növbəti iki il qütb parıltısını müşahidə etmək üçün xüsusilə əlverişli olacaq.