EN

ABŞ Qrenlandiyaya görə Avropa ölkələrinə yeni tariflər tətbiqETDİ

Vaşinqton administrasiyası Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Niderlanda 10% tarif tətbiq edib və bu tariflər ABŞ tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılıq əldə edilənə qədər qüvvədə qalacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"1 fevral 2026-cı il tarixindən etibarən adıçəkilən bütün ölkələrdən (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Niderland və Finlandiya) ABŞ-yə göndərilən bütün mallara 10% tarif tətbiq edilir. 1 iyun 2026-cı il tarixində bu tariflər 25%-ə qədər artacaq. Tariflər Qrenlandiyanın tam şəkildə alınması üçün razılaşma əldə edilənə qədər tətbiq olunacaq", - Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Chosen
137
16
redaktor.az

10Sources