Bakı. Trend:
Atlantik okeanında, Britaniyanın Xarici Ərazisi olan CənubiCorciya və Cənubi Sendviç Adaları sahillərində 5,4 bal gücündəzəlzələ qeydə alınıb.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çilinin Punta Arenasşəhərindən 2690 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağınındərinliyi 68 km olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunamitəhlükəsi elan edilməyib.