EN

Sumqayıtda 24 min manatlıq dələduzluq edən şəxs yaxalandı

Sumqayıt şəhərində biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə mətbuata Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb.

Mətləb

Chosen
106
17
sia.az

10Sources