EN

Portuqaliyada prezident seçkilərində 11 namizəd iştirak edəcək

BAKI, 18 yanvar. TELEQRAF

Portuqaliyada keçiriləcəj prezident seçkilərində rekord sayda namizəd iştirak edəcək.

Teleqraf xəbər verir ki, namizədlər arasında 10 kişi və 1 qadın var.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılacaq və 19:00-dək (23:00) fəaliyyət göstərəcək. İlkin səsvermə nəticələrinin gecə saatlarında açıqlanacağı gözlənilir.

Ölkə qanunvericiliyinə əsasən, prezident ümumi, birbaşa və gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, fevralın 8-də ikinci tur keçiriləcək.

Hazırkı prezident Marselu Rebelu di Sоuzа 2016-cı ildə bu vəzifəyə seçilib, 2021-ci ildə isə yenidən prezident olub. Qanunvericiliyə görə, eyni şəxs ardıcıl üç müddətə prezident seçilə bilmədiyi üçün o, bu seçkilərdə namizədliyini irəli sürə bilməz.

Chosen
78
teleqraf.com

1Sources