EN

Ramzan Kadırovun oğlu medalla təltif edildi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov “Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə” qızıl medalla təltif olunub.

 

Senzor.az bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat yayıb.

 

Mükafat “Rosqvardiya”nın Çeçenistan Respublikası üzrə idarəsinin “Axmat-Qroznı” OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.

 

Qeyd edək ki, ötən gün Qroznıda ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi və Adam Kadırovun ciddi xəsarətlər alaraq tibbi təyyarə ilə təcili Moskvaya aparıldığı barədə məlumatlar yayılmışdı.


Chosen
112
21
senzor.az

10Sources