AZ

Ramazan Kadırovun oğlu avtomobil qəzasından sonra medalla təltif edilib

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov “Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə” qızıl medalla təltif olunub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telqram kanalında məlumat yayıb.

Məlumata görə, mükafat Rosqvardiyanın Çeçenistan Respublikası üzrə idarəsinin “Axmat-Qroznı” OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Qroznıda baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsi nəticəsində Adam Kadırovun xəsarət alması ilə bağlı məlumatlar yayılmışdı.

"Cebheinfo.az"

Seçilən
110
21
cebheinfo.az

10Mənbələr