ABŞ Prezidenti Donald Tramp Qəzzada yaradılacaq “Sülh Şurası”nda daimi yer əldə etmək istəyən ölkələrdən ən azı 1 milyard dollar tələb edib.Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. İştirakçı dövlətlər nizamnamə qüvvəyə mindikdən sonra səlahiyyətlərini üç il müddətində icra edəcəklər.Şuraya 1 milyard ABŞ dollarından artıq vəsait ayıran dövlətlər üçün üçillik müddət məhdudiyyəti tətbiq olunmayacaq.Nizamnaməyə əsasən, “Sülh Şurası”nın tərkibinə hansı ölkələrin dəvət ediləcəyinə birbaşa Donald Tramp qərar verəcək.