EN

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü E. İsayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxs dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. E. İsayevin hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
119
3
unikal.az

6Sources