AZ

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü E. İsayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxs dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. E. İsayevin hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Unikal)

Seçilən
95
3
bakivaxti.az

6Mənbələr