EN

Heç bir əcnəbi məşqçi bu cür nəticələrə görə bağışlanmır Ukrayna mətbuatı Neftçi nin qərarları ilə bağlı

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna mətbuatı Roman Qriqorçukun “Çernomorets”ə (Odessa) baş məşqçi postuna geri qayıtmasını müzakirə edərkən, onun “Neftçi”dəki qısamüddətli fəaliyyətinə də toxunublar.

Sportal.az xəbər verir ki, “Champion.com.ua” portalı Qriqorçukun "ağ-qaralar"ın baş məşqçisi kimi uğursuz nəticələrini xatırladıblar:

"Çernomorets" və LNZ-dən əvvəlki gedişi arasında Roman Qriqorçukun “Neftçi”dəki qısamüddətli dövrü sadəcə fəlakətli idi. Doqquz oyunda heç bir qələbə qazana bilmədi. Düzdür, cəmi beş məğlubiyyət oldu, amma başa düşdüyünüz kimi, heç bir əcnəbi bu cür nəticələrə görə bağışlanmır. Yerli məşqçi Bakı klubunu çempionatda altıncı pilləyə qədər yüksəldə bildi. Yuri Vernidub isə “Neftçi”ni 8-ci pillədən daha yuxarı pillələrə daşımalıdır".

Xatırladaq ki, Qriqorçuk 2024-cü ilin yay ayından oktyabra qədər rəhbərlik edib və bundan sonra vəzifəsindən göndərilib. 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
87
1
sportal.az

2Sources