EN

Qehi İngiltərə nəhənginə qoşulmaq üçün bu gün tibbi müayinədən keçəcək

İngiltərə millisinin və "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi bu gün "Mançester Siti" ilə müqavilə bağlamaq üçün tibbi müayinədən keçəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.

Məlumata görə, MS qarşı tərəfə 23 milyon avro ödəyəcək. Mənbə müqavilədə müxtəlif bonusların da əksini tapacağını vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 33 matça çıxan Qehi 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kristal Pelas"la müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Nihat

Chosen
27
fanat.az

1Sources