Ağsudakı zəlzələ belə baş verib -
Xəbər verdiyimiz kimi, bu gün Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.Zəlzələ anının görüntülərini təqdim edirik: