AZ

Ağsuda 4 maqnitudalı zəlzələ olub

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Seçilən
20
28
interpress.az

10Mənbələr