EN

Nani Qazaxıstan Premyer Liqasında? Karyerasını başa vurmuşdu

ain.az, Qol.az saytına istinadən bildirir.

Nani Qazaxıstan Premyer Liqasında? - Karyerasını başa vurmuşdu

Portuqaliya millisinin sabiq vingeri, 2016-cı il Avropa çempionu və “Mançester Yunayted”in keçmiş futbolçusu Luiş Naninun karyerasını Qazaxıstan Premyer Liqasında davam etdirəcəyi barədə iddialar ortaya atılıb.

QOL.az xəbər verir ki, teleqram kanalı AmanVIBEnin yaydığı məlumata görə, 39 yaşlı futbolçu Qazaxıstanın “Aktobe” klubu ilə bütün müqavilə şərtlərini razılaşdırıb və yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq. Portuqaliyalı hücumçu ilə 1 illik müqavilə imzalanacaq.

Məlumatda qeyd olunur ki, Naninin alacağı maaş Qazaxıstan Premyer Liqasının tarixində ən yüksək göstərici olacaq.

Hələlik bu məlumatla bağlı klub açıqlama vernəyib.

Qeyd edək ki, Nani 2007–2015-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində 4 dəfə İngiltərə çempionu olub, həmçinin UEFA Çempionlar Liqasını qazanıb.

2024-cü ilin dekabrında Nani peşəkar karyerasını başa vurduğunu elan edib. Bununla belə, o, maraqlı bir idman layihəsi ortaya çıxacağı təqdirdə geri qayıtmaq imkanını özü üçün tam bağlamadığını dəfələrlə vurğulayıb. Nani fiziki formasını qorumağa davam edir, fərdi şəkildə məşq edir və futbol mühitindən kənarda qalmır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
119
5
qol.az

6Sources