“Ayntraxt Frankfurt” klubu baş məşqçi Dino Topmöllerlə əməkdaşlığa son qoyub.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Səbəb kimi Frankfurt təmsilçisinin son oyunlarda uğursuz çıxış etməsi göstərilib.
Topmölleri müvəqqəti olaraq U21-in baş məşqçisi Dennis Şmitt və U19-un məşqçisi Aleksandr Meyer əvəz edəcəklər. Şmitt aparıcı rol oynayacaq.