EN

İran prezidenti ABŞ-ni xalqın üzləşdiyi çətinliklərin əsas səbəbi adlandırıb

Masud Pezeşkian Vaşinqtonun sanksiyalarını qeyri-insani adlandıraraq Ali rəhbərə qarşı təhdidləri müharibə elanına bərabər sayıb...

Poliqon xəbər verir ki, İran prezidenti Masud Pezeşkian ölkə əhalisinin sosial-iqtisadi vəziyyəti və regional gərginliklə bağlı sərt açıqlamalarla çıxış edib. Dövlət başçısının sözlərinə görə, İran xalqının gündəlik həyatında mövcud olan çətinlik və məhrumiyyətlərin başlıca səbəblərindən biri ABŞ hökumətinin və onun müttəfiqlərinin uzun illərdir davam edən düşmənçilik siyasəti və tətbiq etdiyi qeyri-insani sanksiyalardır. Pezeşkian bildirib ki, bu məhdudiyyətlər birbaşa olaraq İran cəmiyyətinin rifahına və ölkənin iqtisadi imkanlarına zərbə vurur.

İran prezidenti eyni zamanda təhlükəsizlik məsələlərinə də toxunaraq vurğulayıb ki, ölkənin Ali rəhbərinə qarşı istənilən təhdid və ya sui-qəsd cəhdi bütün İran xalqına qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, belə bir addım faktiki olaraq İrana qarşı genişmiqyaslı müharibə elanına bərabərdir və bunun ciddi nəticələri olacaq.

Pezeşkian qeyd edib ki, Tehran həm daxili sabitliyin qorunması, həm də milli suverenliyin müdafiəsi məsələsində geri addım atmaq niyyətində deyil. O əlavə edib ki, İran xalqı xarici təzyiqlərə baxmayaraq birliyini qoruyacaq və ölkə rəhbərliyi milli maraqları müdafiə etmək üçün bütün zəruri addımları atacaq.

Poliqon.info

Chosen
118
poliqon.info

1Sources