EN

XTQ polkovniki qızının toyunda hər kəsi kövrəltdi VİDEO

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qarabağ müharibəsi veteranı Haqverdi Dadaşovun qızının toyu olub.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Dadaşov övladının xeyir işindəki təsirli çıxışı ilə yadda qalıb.

O, hərbçi həyatı yaşadığı üçün övladı ilə bağlı arzularını yazıya almağa məcbur qaldığını deyib:

"Hərbçi olduğumuz üçün tapşırıqlarımız olur. Həmişə deyirik, Vətən sağ olsun! 8 fevral 2003-cü ildə yazdığım vəsiyyətnaməni oxuyuram. Xanımıma yazmışdım ki, qızımız olacaq, ola bilərdi ki, biz gəlməyə bilərdik. Qızımın adını Aysun qoyarsınız. Şükürlər olsun ki, yazdığımız vəsiyyətnaməni Allah bizə gerçəkliklə qismət etdi".

Qeyd edək ki, H. Dadaşov Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib.

Şanlı qələbədən sonra, 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
158
12
moderator.az

10Sources