Avroliqada 20-ci turun oyunları keçirildi. Türkiyə klubları hesabat turunda evdə oynadı.
"Football-plus.az" xəbər verir ki, “Olimpiakos”u qəbul edən “Fənərbaxça” ardıcıl 4-cü qələbəsini qazandı. Sonuncu – 4-cü çeyrək ərəfəsidə hesab bərabər idi – 62:62. Məhz sonuncu çeyrəkdəki 26:18 hesablı qələbə yunanları “ağ bayraq qaldırmağa” məcbur etdi. “Efes” isə “Paris”ə uduzdu. Bu, “pivəçilər”in ardıcıl 4-cü məğlubiyyətidi.
Yeri gəlmişkən, 21-ci turun “Real” – “Makkabi” (T-Ə) oyunu azarkeşsiz keçirilib. İspaniyanın idmanda zorakılıq, irqçilik, ksenofobiya və dözumsüzlük hallarına qarşı mübarizə üzrə Dövlət Komissiyasının qərarından sonra Madrid nəhəngi belə addım atmalı olub. İş ondadı ki, komissiya bu oyunu “yüksək risk” kateqoriyasına aid edib. Bilet alan azarkeşlərin pulu qaytarılacaq.
Elə 20-ci turun “Barselona” – “Makkabi” (T-Ə) oyununda da eyni səbəbdən azarkeşlər olmayıb.
Fənərbaxça (Türkiyə) - Olimpiakos (Yunanıstan) 88:80 (18:22, 18:18, 26:22, 26:18)
Hapoel T-Ə (İsrail) - Dubay (BƏƏ) 85:60 (17:24, 19:17, 33:13, 16:6)
Monako (Fransa) - Partizan (Serbiya) 101:84 (28:21, 26:18, 20:24, 27:21)
ASVEL (Fransa) – Real (İspaniya) 69:80 (18:17, 23:19, 20:20, 8:24)
Srvena Zvezda (Serbiya) - Valensiya (İspaniya) 87:106 (20:34, 17:20, 27:23, 23:29)
Panatinaikos (Yunanıstan) – Milan (İtaliya) 74:87 (20:15, 23:23, 15:23, 16:26)
Virtus B (İtaliya) – Jalgiris (Litva) 83:79 (25:22, 18:12, 20:22, 20:23)
Barselona (İspaniya) – Makkabi T-Ə (İsrail) 93:83 (32:19, 24:25, 21:19, 16:20)
Efes (Türkiyə) – Paris (Fransa) 79:84 (21:19, 18:21, 25:25, 15:19)
Bavariya (Almaniya) – Baskoniya (İspaniya) 96:89 (24:19, 14:27, 22:23, 36:20)
Xal durumu: Hapoel T-Ə, Valensiya - 34, Monako, Barselona – 33, Fənərbaxça, Real, Panatinaikos – 32, Jalgiris, Srvena Zvezda – 31, Olimpiakos, Virtus B, Milan – 30, Dubay – 29, Makkabi T-Ə – 28, Paris, Bavariya – 27, Baskoniya, Efes, ASVEL, Partizan – 26.