EN

O, “Qarabağ”a nə vaxt qayıdacaq?

“Kadinin bərpa prosesi davam edir”.

bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, braziliyalı yarımmüdafiəçinin yaşıl meydanlara nə vaxt çıxacağı dəqiq deyil.

“Kadi hazırda özünü yaxşı hiss edir. O, fərdi məşqlərini davam etdirir, kollektiv məşqlərə isə tədricən qoşulur”, - deyə o,bildirib.

29 yaşlı futbolçu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda baş tutan “Çelsi” ilə oyunda zədələnmişdi.

Sol fibulasında sınıq olduğu aşkarlanan Borgesin müalicə və bərpa müddətinin təxminən 8-10 həftə çəkəcəyi deyilirdi.

Chosen
99
sportinfo.az

1Sources