İspaniya La Liqasında 20-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, bu gün daha 4 görüş olub.
“Xetafe” evdə “Valensiya”ya uduzub. “Atletiko” “Alaves”i, “Selta” “Rayo Valyekano”nu, “Real Sosyedad” isə lider “Barselona”nı məğlub edib.
18 yanvar
"Xetafe" – "Valensiya" - 0:1
Qol: Qaya, 84.
"Atletiko" – "Alaves" - 1:0
Qol: Sörlot, 48.
"Selta" – "Rayo Valyekano" - 3:0
Qollar: S.Karreyra, 40. Saraqosa, 54-pen. Rueda, 79.
"Real Sosyedad" – "Barselona" - 2:1
Qollar: Oyarsabal, 32. Qedes, 71 – Raşford, 70.
Bu nəticələrdən sonra "Barselona" 49 xalla 1-ci, "Real" 48 xalla 2-ci, "Vilyarreal" isə 41 xalla 3-cüdür.