EN

Rodriges: Venesuela neft qaz sənayesini gücləndirməyi planlaşdırır

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodrigez neft-qaz sənayesinin daha da inkişaf etdirilməsi planlarını təsdiqləyib və milli birliyə çağırış edib.APA xəbər verir ki, O, bu barədə yanvarın 18-də Telegram kanalında paylaşım edib.

Rodriges bildirib ki, cəmiyyətin maraqları nəzərə alınmaqla neft-qaz sənayesi gücləndiriləcək, valyuta ehtiyatları isə məsuliyyətlə idarə olunacaq və qənaətlə istifadə ediləcək.

O, həmçinin ölkənin iqtisadi inkişafı üçün milli istehsalın fəal şəkildə stimullaşdırılmasının və idxaldan rasional istifadənin vacibliyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
114
4
apa.az

5Sources