EN

Vergi statistikası Azərbaycanın iqtisadi artımını göstərir

Cari il yanvarın 1-ə Azərbaycanda 1 674 984 vergiödəyicisi qeydiyyatda olub. Onların 86,8%-i fiziki şəxslər, 13,2%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

2025-ci ilin əvvəli ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,9% artıb. Fiziki şəxslərin sayı 4,6%, hüquqi şəxslərin sayı isə 6,6% yüksəlib ki, bu da korporativ sektorun daha sürətli artımını göstərir.

Qeydiyyatdan keçmiş kommersiya təşkilatlarının sayı 204 065-ə çatıb və bu göstərici illik müqayisədə 7,2% artım deməkdir.

N.Təbrizli

Chosen
139
anews.az

1Sources