EN

İranda dövlət telekanallarında sonuncu şahın oğlu Rza Pəhləvinin hərbçilərə müraciəti yayımlandı... ŞOK!.. VİDEO

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İrandakı bütün dövlət televiziya kanalları haker hücumuna məruz qalıb və onlar vəliəhd şahzadə və sonuncu şahın oğlu Rza Pəhləvinin müraciətini yayımlamağa başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə İran müxalifət mənbələri və "Iran International" nəşri məlumat yayıb.

Haker hücumundan sonra Pəhləvinin hərbçiləri rejimə qarşı genişmiqyaslı ictimai etirazlara qoşulmağa çağıran müraciəti yayımlanıb.

Hazırkı hökumətə qarşı mübarizəni davam etdirməyə çağıran qraffitilər və mesajlar da ekranda görünüb.

Haker hücumu 18 yanvar axşamı baş verib. "Bədr" peykindən yayımlanan dövlət kanallarında müntəzəm yayımlar dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
103
2
moderator.az

3Sources