Maqnit fırtınalarının sayının artması 2028-ci ilə qədər davam edə bilər.Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib.“Bundan sonra bütün növ günəş aktivliyində sürətli azalma başlamalı və bu da 2029-2030-cu illər ətrafında minimuma gətirib çıxarmalıdır”, – deyə qurumdan bildirilib.Qeyd olunub ki, eyni səbəblərə görə növbəti iki il qütb parıltısını müşahidə etmək üçün xüsusilə əlverişli olacaq. (oxu.az)


