"İqtisadi böhran və qeyri-müəyyənlik dövrlərində insanlar bahalı alışlardan (ev, avtomobil və s.) imtina etsələr də, özlərini "kiçik lükslər"lə (pomada, ətir, qəhvə, şirniyyat, restoran) mükafatlandırmağa davam edirlər. Termin 2001-ci ildə Leonard Lauder tərəfindən irəli sürülüb: ümumi istehlak azalarkən kosmetika satışları artıb".
QHT.az xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, səbəblər:
-
Psixoloji kompensasiya və stressin azalması
-
Sosial status və “normal yaşayıram” hissinin qorunması
Pomada effekti göstərir ki, böhran yalnız iqtisadi göstəricilərlə deyil, istehlakçı psixologiyası ilə də ölçülür.