EN

Əliməmməd Nuriyev: “Kompensasiya nə əsassız zənginləşmə, nə də cəzalandırıcı sanksiya olmalıdır”

24 dekabr 2025-ci il Ali Məhkəmənin Plenum qərarı Azərbaycanda şəxsiyyət hüquqlarının müdafiəsində yeni çərçivə müəyyən edir. Şəxsiyyət hüquqları qapalı siyahı kimi deyil, mahiyyət testinə əsaslanan “canlı institut” kimi təqdim olunur. Rəqəmsal dövrdə onlayn reputasiya, sosial şəbəkələr və unudulmaq hüququ hüquqi qorunma altındadır.

QHT.az xəbər verir ki, bu fikri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, plenum mənəvi zərərin qiymətləndirilməsində psixi və fiziki tarazlığa real müdaxilə prizmasını tətbiq edir:

"Kompensasiya həm əsassız zənginləşmə, həm də cəzalandırıcı sanksiya xarakteri daşımamalıdır. Qərar məhkəməni yalnız pozuntunu tanıyan deyil, hüquqi tarazlığı bərpa edən və balans yaradan institut kimi möhkəmləndirir".

Chosen
58
qht.az

1Sources