EN

Tramp İrana səfər edəcəyinə işarə etdi

ABŞ Prezidenti Donald Tramp amerikalı analitik Mark Tissenin “Fox News” telekanalına müsahibəsindən sitat gətirib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” social şəbəkə hesabında paylaşım edib.

“Trampın vəzifəsindən getməzdən əvvəl azad İran, azad Havana və azad Karakasa səfər edəcəyini proqnozlaşdırıram”, - deyə vurğulanıb.

Bildirilib ki, Trampın bu sitatı paylaşması Vaşinqtonun İran, Kuba və Venesuelaya münasibətdə sərt siyasi mövqeyinin davamı kimi dəyərləndirilir. Xüsusilə “azad İran” ifadəsi Tehrandakı hakimiyyətə ünvanlanan açıq mesaj kimi şərh olunur.

Daşqın HəsənovMissiya.Az

Chosen
145
missiya.az

1Sources