EN

Ürək üçün ən faydalı səhər yeməyi

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Faydalı səhər yeməyi tərkibində yavaş həzm olunan karbohidratlar, zülallar və tərəvəzlər olmalıdır.

Ölkə.az "UfaTime.ruya istinadla xəbər verir ki, səhər yeməyini buraxmaq ürək-damar xəstəlikləri riskini artırır və artıq çəkinin yaranmasına səbəb ola bilər.

Həkimlərin sözlərinə görə, sağlam səhər yeməyi dörd əsas qida qrupunu əhatə etməlidir:

yavaş karbohidratlar, zülallar, faydalı yağlar, tərəvəz və meyvələr.

Mütəxəssislər izah ediblər ki, yavaş karbohidratlar uzun müddət toxluq hissi yaradır, zülallar isə maddələr mübadiləsini dəstəkləyir. Faydalı yağlar “pis xolesterin”in səviyyəsini azaltmaq üçün vacibdir. Tərəvəz və meyvələr isə lif və antioksidantlarla zəngindir.

Eyni zamanda həkimlər bəzi məhsullardan səhər yeməyində uzaq durmağı tövsiyə ediblər. Bunlara şirniyyatlar və qızardılmış yeməklər daxildir. Onlar həmçinin kofein tərkibli içkilərin acqarına içilməməsini məsləhət görüblər.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
140
1
olke.az

2Sources