EN

Cəbrayıl, Qubadlı və Zəngilanda kadr təyinatı olub

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində kadr təyinatı həyata keçirilib.

Doğru.az xəbər verir ki, Ölkə.az-ın məlumatına görə, Aytəkin Cəfərova qurumun Qubadlı rayonu üzrə ərazi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Aytəkin Cəfərova bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. O, eyni zamanda “Aqroservis” ASC-də də fəaliyyət göstərib.

Məlumatda bildirilir ki, yeni təyinat azad edilmiş ərazilərdə bərpa və idarəetmə işlərinin daha səmərəli təşkili məqsədi daşıyır.

DOĞRU.AZ

Chosen
137
dogru.az

1Sources