EN

Rusiyada qadın krandan yıxıldı, SAĞ QALDI

Ajans.az xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti Telegram kanalında xəbər verib. Hadisə Buqulma şəhərindəki mexaniki zavodun ərazisində baş verib. Zavodda həmin vaxt iş prosesi davam edirdi. Qadının böyük hündürlükdən yıxıldığı ehtimal edilirsə də, o, ciddi xəsarət almayıb və vəziyyəti sabitdir. Qeyd olunur ki, kranın çökmə anı videoya çəkilib. Görüntülərdə metal konstruksiyanın demək olar ki, yarıya qatlandığı açıq görünür.

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı müəyyən ediləcək.

Chosen
144
Ajans.az

1Sources