EN

Mazlum Abdi: “Uzunmüddətli mübarizə bizi gözləyir”

Suriya Demokratik Qüvvələrinin (SDQ) Baş Komandanı Mazlum Abdi Dəməşq Hökuməti ilə imzalanan “tam inteqrasiya” razılaşmasından sonra açıqlama verib. 

"Cebheinfo.az" xəbər verir ki, Mazlum Abdi yayımladığı qısa videomüraciətində bildirib: 

“Bu müharibədə çoxlu şəhid verdik. Xalqımız köçkün düşdü. Bu fürsətlə şəhidlərimizi anırıq. Dirənişli xalqımızı salamlayırıq”. 

Abdi deyib: 

“İlk növbədə bunu demək istəyirəm ki, biz bu müharibəyə məcbur edildik. Biz bu müharibəni önləmək istəyirdik. Amma bəzi tərəflər üçün bu müharibə əslində planlaşdırılmışdı. Razılaşmaya gəlmək istəyirdik. Lakin hücumlarla üz-üzə qaldıq. 

Bunun daxili müharibəyə çevrilməməsi və ölümlərin qarşısını almaq üçün Deyr əz-Zor və Rakkadan geri çəkilmə qərarı aldıq”. 

Görüşdə əldə olunan nailiyyətləri qorumaq üçün çalışacaqlarını bildirən Abdi belə deyib: 

“Dəməşqdən qayıtdıqdan sonra daha geniş açıqlama verəcəyik. Qazanımlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün gücümüz də var. Bu uzunmüddətli bir mübarizə olacaq. İnanıram ki, əvvəl olduğu kimi bu mübarizədən də uğurla çıxacağıq”.

Chosen
22
1
cebheinfo.az

2Sources