EN

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO

Laçın

Əsrarəngiz təbiəti ilə göz oxşayan Laçının qış mövsümündə daha bir maraqlı görüntü müşahidə edilib. Ağ örpəyə bürünən dağların yamacında görünən cüyürlər diqqəti cəlb edib.Ulusum.az AZƏRTAC-ın bölgə müxbirinin xəbərinə istinadən xəbər verir ki, maraqlı görüntülər Laçın rayonunun Mişni kəndi ərazisində qeydə alınıb. Yamac boyunca hərəkət edən və qış mövsümündə yem axtarışında olan cüyürlərin hərəkəti maraqlı anlara səbəb olub.Qeyd edək ki, gözəl təbiəti olan Laçın zəngin flora və faunaya malikdir. Laçın təbiətində qonur ayı, canavar, tülkü, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.LaçınR.Daşdəmirova

Diqqət Çəkənlər

Ağsuda zəlzələ baş verib

Sabah Bakının bu ərazisi susuz qalacaq

Paytaxtda evlərdən oğurluq edən şəxs SAXLANILDI

Chosen
77
1
ulusum.az

2Sources