Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
İllərdir ki, Azərbaycan ədəbi cameəsində müzakirə olunan bir mövzuda “Kimləri dünyaya çıxartmaq olar?” mövzusudur.
Nəhayət, bununla bağlı real addımlar atılır.
Belə ki, Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi təsis ediləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda əksini tapıb.
Maraqlıdır, Azərbaycan ədəbiyyatında kimləri dünyaya tərcümə edərək çıxartmaq olar?
Bu barədə yazıçılar nə fikirləşir?
Gununsesi.info yazıçılar arasında“Kimləri dünyaya çıxartmaq olar?” sualı ilə sorğu keçirib.
Yazıçı-şair Nadir Yalçın bildirib ki, ağlına ilk olaraq Rəşad Səfər, Cavid Ramazanov, Vüqar Van və Mirmehdi Ağaoğlunun adı gəlir.
Digər yazıçı Orxan Həsəninin siyahısı isə iki nəfərdən ibarətdir.
O dünyaya çıxartmaq üçün Yusif Səmədoğlu və Saday Budaqlının adını çəkib.
Yazıçı İlham Əziz isə sualımıza bu cür cavab verib:
Saday Budaqlı, Aqşin Yenisey, Şərif Ağayar, Vüqar Van, Şəhriyar del Gerani, Orxan Həsəni və digər bir çox gəncləri rahatlıqla tərcümə edib dünyaya çıxarda bilərik.
Vüqar Vanın siyahısı isə belə olub:
Seymur Baycan, Saday Budaqlı, Nərmin Kamal
Şəhriyar del Gerani ad çəkməsə də, cavabını bu cür bildirib:
“İstedadlı gənclər çoxdur onlar hər biri tərcümə edilərək dünyaya təqdim edilməlidir”.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.