EN

Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb

2025-ci ilin sonuna “Yapı Kredi Bank Azərbaycan” QSC-nin cəmi aktivləri 792 milyon 728 min manata çatıb. Bu, illik müqayisədə 62 milyon 366 min manat və ya 8,5% artım deməkdir.

Marja.az xəbər verir ki, Bankın kredit portfeli isə xüsusilə yüksək dinamika nümayiş etdirib:

2025-ci il: 467 milyon 258 min manat.

2024-cü il: 317 milyon 589 min manat.

Artım 149 milyon 669 min manat və ya 47,1% təşkil edib.

Kreditlərin strukturu üzrə:

İstehlak kreditləri: 97 milyon 24 min manat. Artım: 15 milyon 139 min manat (18,5%) olub.

Biznes kreditləri: 308 milyon 520 min manat. Artım: 120 milyon 760 min manat (64,3%) təşkil edib.

İpoteka kreditləri: 61 milyon 714 min manat. Artım: 13 milyon 771 min manat (28,7%) olub.

Bu göstəricilər bankın əsas prioritetinin biznes kreditləşməsinin genişləndirilməsi olduğunu göstərir.

İş elanları AzVak.az-da

Chosen
46
2
marja.az

3Sources