EN

The Times: “ABŞ üçün “Ramştayn” bahalaşa bilər”

AzVision.az xəbər verir ki, Berlindəki rəsmi mənbələrə istinad edən“The Times” nəşrinin məlumatına görə, almaniyalı məmurlar Avropada, o cümlədən Almaniyanın Ramştayn və Ştutqart torpaqlarında Amerika qoşunlarının sayının azaldılması ehtimalı ilə bağlı xəbərlərə dəhşətli reaksiya sərgiləyiblər.

Bu bazalar, öz növbəsində, Amerikanın gücünü Afrika və Yaxın Şərqə yönəltmək üçün Vaşinqtona çox vacibdir.

“Qoşunların çıxarılması planları nəzərdən keçirilmir, lakin Almaniya bu obyektlərin icarə haqqını əhəmiyyətli dərəcədə artıra bilər”, - icarə haqqının nə qədər arta biləcəyini açıqlamayan mənbələrdən biri deyib.

Avropa Trampa cavab hazırlayır
ABŞ-nin Qrenlandiyanı ələ keçirmək planları müstəvisində Avropa İttifaqı (Aİ) ilə fikir ayrılığı fonunda prezident Tramp 2026-cı il fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyadan idxal edilən bütün mallara 10 faizlik gömrük rüsumunun tətbiq olunacağını açıqlayıb.

Pentaqonun rəhbəri Pit Heqset hələ 2025-ci ilin fevralında Avropadakı Amerika kontingentinin azaldılması ehtimalını səsləndirmişdi. O, Polşaya səfəri zamanı region ölkələrini müdafiə xərclərinə daha çox sərmayə qoymağa çağırmışdı.

- Çünki biz Amerikanın Avropada iştirakınını güman edə bilmərik”, - Heqset vurğulamışdı.

Donald Trampın özü də bu ehtimalı etiraf edib. 2025-ci ilin yayında mənbələrə istinad edən Qərbdəki bəzi nəşrlər ABŞ-nin Avropada özününmövcudluğunu azaltmaq planı barədə məlumat yaymışdı. Məsələn, “Politico” qəzeti iyulun sonunda bildirmişdi ki, Pentaqonun ABŞ-nin bütün dünyada hərbi mövcudluğunun yenidən qiymətləndirilməsi çərçivəsində Vaşinqton Avropadakı Amerika qoşunlarının sayını 30% azalda bilər.

“Almaniyanın Müdafiə naziri Boris Pistorius Pentaqonun rəhbəri Pit Heqsətdən Amerika qoşunlarının Avropadan çıxarılması üçün yol xəritəsini verməyi xahiş edib”,- ondan da daha əvvəl, 2025-ci il iyunun sonunda “Financial Times” nəşri daha əvvəl, iyunun sonunda yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Chosen
80
1
azvision.az

2Sources