EN

Ombudsman 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlıqüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin vəmüstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədiləmülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 ilötür.

İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-ninİnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasihüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dairdigər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildəpozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi özmahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətlicinayətlərdəndir.

Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrindəmülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqinəticəsində 150 nəfər dinc sakin qətlə yetirilmiş, 744 nəfəryaralanmış, nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmişSSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiqmüddəaları da kobudcasına pozulmuş, öz torpaqlarının, millimənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinədivan tutulmuşdu.

Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən vəreal təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsdedilməsi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir vədövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqlarımütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvarhadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunutəsdiq edir.

O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan UluÖndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Təzyiqlərəvə şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daiminümayəndəliyində mətbuat qarşısında çıxış edərək dinc əhaliyə qarşıtörədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşakeçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımındanmühüm tarixi əhəmiyyət kəsb etmişdir.

Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalqtəşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımisiyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərininpozulması ilə nəticələnmiş, cəzasızlıq mühitinin formalaşmasınazəmin yaratmışdır. BMT-nin insan hüquqları mexanizmləriçərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipialreaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insanhüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişlizəmin yaratmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsininbeynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfliaraşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimitanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletməprosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqicavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımındanzəruridir.

Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiqmexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrinitörətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlıaksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgəəməkdaşlığa dəvət edirəm.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqınınyaddaşında daim yaşayacaqdır.

Chosen
141
21
az.trend.az

10Sources