EN

On gündür komada olan qazi vəfat etdi KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Vətən müharibəsinin qazisi Hüseynov Əsgər Qüdrət oğlu vəfat edib.

KONKRET.az bildirir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, bir neçə gün əvvəl Ə.Hüseynovun səhhətində problem yaranıb, tempraturu yüksəlib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə nəticəsində qazidə pnevmoniya (sətəlcəm, ağciyər iltihabı) aşkarlanıb. Aparılan müalicə effekt verməyib, onun tempraturu düşməyib. Nəticədə Ə.Hüseynovun böyrəklərində də problem yaranıb və o, komaya düşüb. On gün komada qalan qazi ağciyər və böyrək çatışmazlığından xəstəxanada dünyasını dəyişib.

Mərhum bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
2
konkret.az

3Sources